Verilmiş müsbət iki rəqəmli tam ədədi rəqəmlərinə ayırmaq üçün tam və qalıqlı bölmə əməliyyatı ilə ədədi 10-a bölməliyik:
n = int(input()) print(n//10, n%10)
Əgər ixtiyari uzunluqdakı hər hansı bir tam ədədi rəqəmlərinə ayırmaq tələb olunursa, ədəd sıfır alınana qədər 10-a tam və qalıqlı bölünməlidir. Bunun üçün şərtli dövr alqoritmini qurmaq lazımdır:
n = int(input()) while n>0: print(n%10,end = " ") n = n//10
Proqramı çalışdıranda görəcəksiniz ki, ədədi təşkil edən rəqəmlər sonuncudan etibarən çap olunur. Əgər düz ardıcıllığı əldə etmək istəsəniz, proqramdakı birinci sətirdəki ifadəni aşağıdakı ilə əvəz edin:
n = int(input()[::-1])
Verilmiş ədədi rəqəmlərinə ayırmaq üçün divmod() funksiyasından da istifadə etmək olardı:
n = int(input()[::-1]) while n>0: n, x = divmod(n, 10) print(x,end = " ")
Gəlin daha bir misalı nəzərdən keçirək. Verilmiş ədədin rəqəmləri cəmini hesablayaq:
n = int(input()) s = 0 while n>0: s = s + n%10 n = n//10 print(s)
Tam ədədi rəqəmlərinə ayırmağın başqa bir üsulu da var. Bu zaman giriş veriləni ilə ədəd kimi yox sətir kimi rəftar etmək lazımdır:
s = input() for i in s: print(i,end = " ")
Bu alqoritm birinciyə nəzərən daha sürətli çalışacaq.