Verilmiş ədədin cüt və ya tək olmasını müəyyənləşdirmək çox asandır. Sadə proqramçı məntiqi ilə düşünsək, biz tam ədədi ikiyə bölməli və qalığının sıfır olub-olmadığına baxmalıyıq. Bunun üçün qalıqlı bölmə (%) və şərt operatorlarından istifadə edəcəyik.
n = int(input()) if n%2 == 0: print("cüt") else: print("tək")
Gördüyünüz kimi ədədin ikiyə bölünməsi nəticəsində qalıq yoxdursa, ədəd cüt, qalıq varsa, ədəd təkdir.
Eyni məsələni həll etmək üçün aşağıdakı variantdan da istifadə etmək olardı:
n = int(input()) if n%2: print("tək") else: print("cüt")
Gəlin buradakı məntiqi incələyək. Bildiyiniz kimi şərt operatorunda şərtdən sonra gələn ifadə (ifadələr qrupu) yalnız o zaman icra olunur ki, şərtdə verilmiş məntiqi ifadənin nəticəsi True (doğru) olmuş olsun. Verilmiş tam ədədi ikiyə qalıqlı böləndə əgər nəticə 1-ə bərabərdirsə, bu o deməkdir ki, şərtdəki məntiqi ifadənin nəticəsi True-dur. Çünki sıfırdan fərqli ədədlərin məntiqi qarşılığı hər zaman True-dur. Belə olan halda isə ekrana məlumat kimi tək çıxarmaq lazımdır. Əks halda isə ekrana cüt çıxarılmalıdır.