split() metodu

   Python proqramlaşdırma dilində sətirlərlə işləmək üçün bir sıra metodlar nəzərdə tutulmuşdur. Bunlardan biri də indi haqqında bəhs edəcəyimiz split() metodudur.

   split() metodu verilmiş sətri göstərilmiş ayırıcı əsasında bölərək elementləri sətir tipində olan siyahı düzəldir.

   Metodun sintaksisi aşağıdakı kimidir:

str.split(sep, maxsplit)

   Burada str sətir tipində olan obyektdir (dəyişən və ya sətir ifadə), sep və maxsplit isə default parametrlərdir. Birinci parametr olan sep sətri bölmək üçün təyin olunan ayırıcıdır, göstərilmədiyi təqdirdə ayırıcı kimi boşluq simvolu götürüləcək. İkinci parametr olan maxsplit isə bölünmənin sayını (maxsplit+1 qədər element) təyin edir, göstərilmədiyi halda default qiymət kimi -1 qəbul ediləcək və bölünmədə limit olmayacaq.

   Aşağıda split() metodunun istifadəsi ilə bağlı nümunələr verilmişdir:

>>> text = 'alma armud şaftalı portağal feyxoa'
>>> print(text.split())
['alma', 'armud', 'şaftalı', 'portağal', 'feyxoa']
>>>
>>> text = '1,2,3,4,5,6'
>>> print(text.split(","))
['1', '2', '3', '4', '5', '6']
>>>
>>> text = '1:10:100:1000'
>>> print(text.split(":",2))
['1', '10', '100:1000']
>>>

split() metodu” üçün bir şərh

Şərh üçün bağlıdır.