map() funksiyası

   map() funksiyası verilmiş funksiyanı verilmiş ardıcıllığın (siyahı, kortej və s.) hər bir elementinə tətbiq edir və nəticəni map obyekti (ardıcıllıq) olaraq qaytarır.

   Funksiyanın sintaksisi aşağıdakı kimidir:

map(func, iter)

   Burada func tətbiq edilən funksiyadır, iter isə func funksiyasının tətbiq ediləcəyi ardıcıllıqdır.

Qeyd: map() funksiyasının qaytardığı nəticəni daha sonra list() və set() kimi funksiyalara ötürmək mümkündür.

   Aşağıda map() funksiyasının istifadəsi ilə bağlı nümunələr verilmişdir:

>>> float_numbers = [1.2, 3.7, 5.8]
>>> result = map(int, numbers)
>>> print(list(result))
[1, 3, 5]
>>>
def calculateSquare(n):
    return n*n

numbers = (1, 2, 3, 4)
result = map(calculateSquare, numbers)

numbersSquare = set(result)
print(numbersSquare)

Yuxarıdakı nəticəni map() funksiyasını lambda ifadə ilə istifadə etməklə də əldə etmək olardı:

numbers = (1, 2, 3, 4)
result = map(lambda x: x * x, numbers)

numbersSquare = set(result)
print(numbersSquare)

 

map() funksiyası” üçün bir şərh

Şərh üçün bağlıdır.