sorted() funksiyası

   sorted() funksiyası verilmiş ardıcıllığı (sətir, siyahı, kortej və s.) çeşidləyərək yeni bir siyahı qaytarır.

Funksiyanın sintaksisi aşağıdakı kimidir:

sorted(iterable, key=None, reverse=False)

   Burada iterable verilmiş ardıcıllıqdır, sətir, siyahı, kortej və s. tipdə ola bilər. İkinci parametr olan key isə ardıcıllığın elementlərinə çeşidlənmədən öncə tətbiq edilən funksiyadır. Default qiyməti None olaraq təyin edilib, bu halda çeşidlənmə bir-başa olaraq aparılır. Sonuncu parametr reverse isə çeşidlənmənin artan (False) yoxsa azalan (True) olduğunu göstərir, default olaraq False götürülür.

Aşağıda sorted() funksiyasının istifadəsi ilə bağlı nümunələr verilmişdir:

>>> s = "abracadabra"
>>> z = sorted(s)
>>> print(z)
['a', 'a', 'a', 'a', 'a', 'b', 'b', 'c', 'd', 'r', 'r']
>>>
>>> a = [1, 10, 2, 20, 3, 30]
>>> b = sorted(a)
>>> print(b)
[1, 2, 3, 10, 20, 30]
>>>
>>> vow_lets = ('e', 'a', 'i', 'u', 'y', 'o')
>>> ascending_order = sorted(vow_lets)
>>> vow_lets = ('e', 'a', 'i', 'u', 'y', 'o')
>>> asc_ord = sorted(vow_lets)
>>> des_ord = sorted(vow_lets, reverse = True)
>>> print("Ascending order:", asc_ord)
Ascending order: ['a', 'e', 'i', 'o', 'u', 'y']
>>> print("Descending order:", des_ord)
Descending order: ['y', 'u', 'o', 'i', 'e', 'a']
>>>
>>> m = ["alma", "banan", "portağal", "ananas"]
>>> print(sorted(m))
['alma', 'ananas', 'banan', 'portağal']
>>> print(sorted(m, key = len))
['alma', 'banan', 'ananas', 'portağal']
>>>

   Son nümunədə m siyahısının çeşidlənməsi iki şəkildə — birbaşa və elementlərin uzunluğuna (len funksiyası tətbiq edilərək, key = len) görə aparılır.