Hesab aləmində çoxlu maraqlı ədədlər vardır. Belə ədədlərə nümunə kimi Armstronq ədədlərini göstərmək olar. Əgər n-rəqəmli ədədin rəqəmlərinin n-ci qüvvətlərinin cəmi həmin ədədin özünə bərabərdirsə, belə ədəd Armstronq ədədi adlanır.
Məsələn: 153 = 13 + 53 + 33 ; 1634 = 14 + 64 + 34 + 44
Sizdən tələb olunan a-dan b-yə qədər bütün Armstronq ədədlərin tapmaqdır.
Giriş verilənlərinin formatı
Tək sətirdə a və b (100 ≤ a ≤ b ≤ 999) tam ədədləri verilir.
Çıxış verilənlərinin formatı
a-dan b-yə qədər bütün Armstronq ədədlərini tək sətirdə çap etmək lazımdır.
Nümunə
Giriş verilənləri | Çıxış verilənləri |
100 400 |
153 370 371 |
Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun.