sum() funksiyası

   sum() funksiyası verilmiş ardıcıllığın/kolleksiyanın elementlərini toplayır və cəmi qaytarır.

Funksiyanın sintaksisi aşağıdakı kimidir:

sum(iterable, start)

   Burada iterable ardıcıllıq (siyahı və kortej) və ya kolleksiya (çoxluq və lüğət) tiplərində ola bilər. İstifadəsi zəruri olmayan ikinci parametr start isə yekun cəmə əlavə olunan qiymətdir. Default qiyməti 0 olaraq təyin edilib. Funksiya yalnız ədədi qiymətləri toplamaq üçün nəzərdə tutulub. Odur ki, ardıcıllığın elementləri mütləq şəkildə ədədlərdən ibarət olmalı və start parametri sətir olmayan qiymətlə təyin edilməlidir. Əks halda xəta qeydə alınacaq.

Aşağıda sum() funksiyasının istifadəsi ilə bağlı nümunələr verilmişdir:

>>> # ardıcıllıq siyahıdır
>>> m = [1, 2.5, -3, 5]
>>> cem = sum(m)
>>> print(cem)
5.5
>>>
>>> # ardıcıllıq kortejdir
>>> m = (10, 30, 120)
>>> cem = sum(m)
>>> print(cem)
160
>>>
>>> # kolleksiya çoxluqdur
>>> m = {1, 2, 3, 4, 5}
>>> cem = sum(m)
>>> print(cem)
15
>>>
>>> # kolleksiya lüğətdir
>>> m = {1: "bir", 2: "iki", 3: "üç"}
>>> cem = sum(m)
>>> print(cem)
6
>>>

Son nümunədə sum() funksiyası verilmiş lüğətin açarlarını toplayır.

Aşağıdakı misalda isə start parametrindən istifadə olunur:

>>> m = [10, 20, 30]
>>> cem = sum(m, 100)
>>> print(cem)
160
>>>