pow() funksiyası

   Bildiyiniz kimi ədədi qüvvətə yüksəltmək üçün x**y riyazi ifadəsindən istifadə etmək mümkündür. Bununla yanaşı Python dilində pow() funksiyası da nəzərdə tutulmuşdur.

Funksiyanın sintaksisi aşağıdakı kimidir:

pow(base, exp, mod)

   Burada base əsasdır; int (tam), float (həqiqi) və complex (kompleks) ədəd tipində ola bilər. İkinci parametr exp qüvvət üstüdür; o da həmçinin int (tam), float (həqiqi) və complex (kompleks) ədəd tipində ola bilər. İstifadəsi zəruri olmayan üçüncü parametr mod isə qüvvətə yüksəldilmiş ədədi qalıqlı bölmə ilə bölən ədəddir. Əgər pow() funksiyasında mod parametri istifadə edilirsə, base (əsas) və exp (qüvvət üstü) int (tam ədəd) tipində verilməli, və exp (qüvvət üstü) mənfi ədəd olmamalıdır.

Aşağıda pow() funksiyasının istifadəsi ilə bağlı nümunələr verilmişdir:

>>> print(pow(2, 3))
8
>>> print(pow(3.5, 4))
150.0625
>>> print(pow(-2, 2))
4
>>> print(pow(4, -2))
0.0625
>>> print(pow(3+4j, 5))
(-237-3116j)
>>> print(pow(3+4j, 2+3j))
(1.4260094753925756+0.6024346301905391j)
>>>

Aşağıdakı misalda isə mod parametrindən istifadə olunur:

>>> print(pow(3, 2, 4))
1
>>> print(pow(4, 3, 2))
0
>>>

pow() funksiyası ikilik, səkkizlik, və onaltılıq ədədlərlə də istifadə oluna bilər:

>>> print(pow(0b11, 2))
9
>>> print(pow(0o123, 3))
571787
>>> print(pow(0xFB, 4))
3969126001
>>>

   Sonda qeyd etmək yerinə düşərdi ki, math modulunun da math.pow(x, y) adlı oxşar funksiyası vardır.