divmod() funksiyası tam və ya həqiqi ədəd tipində iki parametr qəbul edir və birincini ikinciyə bölərək natamam qismət və qalığı kortej şəklində qaytarır.
Funksiyanın sintaksisi aşağıdakı kimidir:
divmod(a, b)
Burada a bölünən, b isə bölən ədəddir. Hər iki parametr tam və həqiqi ədəd tipində ola bilər, onların kompleks ədəd tipində verilməsi yolverilməzdir.
Aşağıda divmod() funksiyasının istifadəsi ilə bağlı nümunələr verilmişdir:
>>> x, y = divmod(5, 2) >>> print(x, y) 2 1 >>>
>>> x, y = divmod(8.4, 3) >>> print(x, y) 2.0 2.4000000000000004 >>>
>>> x, y = divmod(7.5, 2.5) >>> print(x, y) 3.0 0.0 >>>
>>> print(divmod(0xa, 0x3)) (3, 1) >>>
“divmod() funksiyası” üçün bir şərh
Şərh üçün bağlıdır.