Müqayisə operatorları

   Proqramlaşdırmada bir çox halda qiymətləri, eləcə də dəyişənləri bir-birilə müqayisə etmək lazım gəlir. Bunun üçün hər bir proqramlaşdırma dilində olduğu kimi Python dilində də müqayisə operatorları nəzərdə tutulmuşdur:

Operator Təyinatı
< kiçikdir (a<b) 
> böyükdür (a>b) 
 == bərabərdir (a==b)
<= kiçik bərabərdir (a<=b) 
>= böyük bərabərdir (a>=b)
!=   <> bərabər deyil (a!=b və ya a<>b)

   Cədvəldə bərabərsizliyi müqayisə edən iki operator (!=<>) göstərilmişdir. Qeyd etmək lazımdır ki, yeni versiyada != operatorundan istifadə edilir. Sizin də bu variantdan istifadə etməyiniz tövsiyə olunur.