Tiplər

   Hər bir proqramlaşdırma dilində olduğu kimi Python dilində də verilənlərin və eləcə də istifadə olunan dəyişənlərin tipi olur. Lakin Python dilində dəyişənlərin aşkar şəkildə tiplərini təyin etməyə ehtiyac yoxdur. Belə ki, biz bir dəyişənə müəyyən bir qiyməti mənimsədərkən, Python özü bu qiymətə əsasən dəyişənin tipini təyin edir. Əgər bundan sonra biz bu dəyişənə fərqli tipdə bir qiymət mənimsətsək, Python yenə bunu görəcək və dəyişənin tipini dəyişəcək.

Daha öncə yazdığımız Azərbaycan proqramını xatırlayırsınız?

>>> s1 = "Azərbaycan"
>>> s2 = "Bakı"
>>> n1 = 86.6
>>> n2 = 9600000
>>> print(s1)
Azərbaycan
>>> print(s2)
Bakı
>>> print(n1)
86.6
>>> print(n2)
9600000
>>>

Biz burada s1 s2 dəyişənlərinə sətir tipli məlumat mənimsətdiyimizə görə Python da bu dəyişənlərin tipini str (sətir) tipi olaraq təyin edəcək. Eynilə n1 dəyişəni həqiqi ədəd tipli qiymət aldığı üçün float tipində, n2 dəyişəni də tam ədəd tipli qiymət aldığı üçün int tipində qəbul ediləcək.

  Nəzərinizə çatdırım ki, Python proqramlaşdırma dilində int, floatstr tiplərindən başqa digər tiplər də var və onlar haqqında növbəti dərslərimizdə bəhs edəcəyik.

Tiplər” üçün bir şərh

Şərh üçün bağlıdır.