Poçtalyon Peçkin öz iş rejimini dəyişmək qərarına gəlir. Bundan sonra o məktub və bağlamaları sakinlərə hava qaralandan sonra başlayıb hava ağaranadək paylayacaq. İş həcmindən asılı olaraq poçtalyonun hər gün fərqli iş qrafiki vardır. Peçkin hər gün ən çoxu 12 saatını sərf edərək bütün məktub və bağlamaları ünvanına çatdırır.
Poçtalyon Peçkinin işə başlama və işini bitirmə vaxtı dəqiq olaraq bilinir. Sizdən tələb olunan onun nə qədər çalışdığını tapmaqdır.
Giriş verilənlərinin formatı
Tək sətirdə t1 və t2 – Poçtalyon Peçkinin işə başladığı və bitirdiyi vaxt hh:mm:ss formatında verilir.
Çıxış verilənlərinin formatı
Poçtalyon Peçkinin məktub və bağlamaları çatdırmaq üçün sərf etdiyi zamanı hh:mm:ss formatında verməli. Zamanın 12 saatı keçmədiyinə zəmanət verilir.
Nümunə
Giriş verilənləri | Çıxış verilənləri |
19:00:00 21:00:00 |
02:00:00 |
Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun:
t1, t2 = input().split() h1, m1, s1 = map(int, t1.split(":")) h2, m2, s2 = map(int, t2.split(":")) if s2 < s1: m2 = m2 - 1 s2 = s2 + 60 sd = s2 - s1 if m2 < m1: h2 = h2 - 1 m2 = m2 + 60 md = m2 - m1 if h2 < h1: h2 = h2 + 24 hd = h2 - h1 print("{0:02d}:{1:02d}:{2:02d}".format(hd, md, sd))
Proqramı datetime modulunun funksiyalarından istifadə etməklə də yazmaq olardı:
import datetime t1, t2 = input().split() t1 = datetime.datetime.strptime(t1,'%H:%M:%S') t2 = datetime.datetime.strptime(t2,'%H:%M:%S') td = t2-t1 if td.days < 0: td = datetime.timedelta(days=0, seconds=td.seconds, microseconds=td.microseconds) td = datetime.datetime.strptime(str(td),'%H:%M:%S') print(td.time())